Maşın yoldan çıxıb aşdı - Ölənlər və yaralananlar var

Xızı rayonunda ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Xızı-Giləzi yolunda "Mercedes" markalı, 10 UR 753 dövlət nömrə nişanlı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən ikisi hadisə yerində vəfat edib. Daha dörd nəfər isə xəstəxanaya aparılıb.

Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

İlkin məlumata görə, qəzaya düşən avtomobil sürətlə hərəkət edirmiş.

Dəhşətli qəzada ölənlərin və yaralılardan ikisinin şəxsiyyəti müəyyənləşib. Xızı rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, yanvarın 23-də saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımovun idarə etdiyi "Mercedes" markalı avtomobilin aşması nəticəsində sürücü və Elçin adlı sərnişini vəfat edib. Sərnişinlərdən 1979-cu il təvəllüdlü Allahyarov Eldəniz Eldar oğlu və 1964-cü ildə anadan olmuş Nəzərov Əfqan Mirzə oğlu isə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aparılıb. Vəziyyəti daha ağır olan digər iki sərnişinin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

AzNews.az