Sabirabadda yük maşını aşıb

Sabirabad rayonunda yük avtomobili aşıb. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Fizuli rayon sakini Məmmədov Rafəddin Balaca oğlunun idarə etdiyi 99 DB 696 dövlət nömrə nişanlı "Shagman" markalı yük maşını hərəkətdə olarkən idarəetməni itirib və 5 metr yüksəklikdən dərəyə yuvarlanıb. Hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 21-ci kilometrliyində, Sabirabadın Nizami kəndində qeydə alınıb.

Qeyd edək ki, yolda tikinti işləri aparıldığından ərazidə tez-tez qəzalar baş verir. Adı çəkilən ərazidə son bir ay ərzində eyni markalı 3 ağır tonnajlı yük avtomaşını qəzaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az