Ötən il ərzində ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə əhali kateqoriyasından olan 12335, qeyri-əhali kateqoriyasına aid 1223 abonentə qaz təsərrüfatına müvafiq “qüsur akt”ı tərtib olunub. Ötən il ərzində ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə əhali kateqoriyasından olan 12335, qeyri-əhali kateqoriyasına aid 1223 abonentə qaz təsərrüfatına müvafiq “qüsur akt”ı tərtib olunub.

17 min istehlakçı qazdan qanunsuz istifadə edib

Ötən il ərzində ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə əhali kateqoriyasından olan 12335, qeyri-əhali kateqoriyasına aid 1223 abonentə qaz təsərrüfatına müvafiq “qüsur akt”ı tərtib olunub.




Bu barədə məlumat ARDNŞ-in saytında yer alıb.

Məlumata görə, 17475 istehlakçı isə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə abonent bazasında qeydiyyata alınıb. Tərtib olunmuş "qüsur aktları" əsasında itirilmiş təbii qazın bərpası üzrə 6 615 095 manat dəyərində dəymiş ziyan hesablanıb.

2012-ci ildə 19472 istehlakçının qaz təsərrüfatında (o cümlədən, 2968 qeyri-əhali, 13493 əhali), eləcə də 3011 istixana və qazpaylayıcı stansiyalardan hesabat aparılan 117 ölçü qovşağında yoxlama-təftiş işləri aparılıb. Yoxlamalar zamanı təbii qazdan istifadə qaydalarının pozulmasına görə 955 istehlakçıya müvafiq "qüsur akt"ı tərtib olunub. 1523 istehlakçının qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və aşkar olunmuş digər qüsurların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə yazılı tapşırıqlar verilib.

Birlik tərəfindən 2202 qeyri-əhali kateqoriyasına aid istehlakçının qaz təsərrüfatına seçmə üsulla yerində baxış keçirilib.

Elnarə
AzNews.az