Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri olmuş general Səməd bəy Mehmandarovun gəlini İza xanımın başına iş gəlib. Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri olmuş general Səməd bəy Mehmandarovun gəlini İza xanımın başına iş gəlib.

Səməd bəy Mehmandarovun gəlinini qarət etdilər - Bakıda + Foto

Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri olmuş general Səməd bəy Mehmandarovun gəlini İza xanımın başına iş gəlib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, generalın gəlini döyülüb. Belə ki, o, ənənəvi olaraq hər gün Dənizkənarı Milli Parka gedir və təmiz hava alır. Bu həftənin birinci günü isə evinə qayıdarkən arxasınca iki gənc düşüb. Onlar yaşadığı binanın blokunda qadının başına daşla vurublar. İza xanım huşunu itirib. Ayılanda görüb ki, oğrular barmağındakı üzüyü və çantasından 50 manatı götürüb qaçıblar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda qadının vəziyyəti qənaətbəxşdir.