Rusiyada erməni “qanuni oğru” saxlanılıb. Rusiyada erməni “qanuni oğru” saxlanılıb.

Erməni “qanuni oğru” saxlanıldı - Səhhəti pisləşdi

Rusiyada erməni “qanuni oğru” saxlanılıb.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu gün Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən 31 yaşlı erməni “qanuni oğru” Arsen Mkrtçyan (Arsen Yeravanski) saxlanılıb. Onunla bərabər 9 nəfər də olub. Şəxsi axtarış zamanı Yeravanskinin üzərində narkotik vasitə aşkarlanıb.

Məşhur erməni “qanuni oğru” Kndonun yaxın qohumu olan Arsen banknotlarla bağlı qanunsuz əməliyyatlarda iştirak edir və gəlirinin yarısını məhz buradan qazanır.

Köhnə erməni məktəbinin oğrularının varislərinə xas olan narkotik aludəçiliyi Arsendən də yan ötməyib. O, kənardan yardım olmadan hərəkət etməkdə belə çətinlik çəkir. Çox zaman hərəkətini asanlaşdırmaq üçün əlil arabasından istifadə edir. Polis basqınından da sonra vəziyyəti pisləşən “qanuni oğru” üçün təcili yardım çağırılıb .