Çağırışların sayında təxminən 25-30 faiz artım müşahidə olunur Çağırışların sayında təxminən 25-30 faiz artım müşahidə olunur

Təcili yardıma hər gün 2000 nəfər müraciət edir

Çağırışların sayında təxminən 25-30 faiz artım müşahidə olunur



Yeni ildən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına çağırışların sayı artıb. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev ANS PRESS-ə məlumat verib. Həkimin sözlərinə görə, çağırışların sayında təxminən 25-30 faiz artım müşahidə olunub.

"Yanvar ayından başlayaraq təcili yardıma müraciət edənlərin sayı gündəlik 2 min nəfərə çatıb. Çoxu isə soyuqdəymədən, qripdən və yüksək temperaturdan şikayətlənir. Bu soyuq havalarda vətəndaşlar mümkün qədər özlərini qorumalıdır", - deyə Oqtay Şahmalıyev bildirib.

AzNews.az