- Köhnə - Hadisə
- 1 Aprel 2017 09:15
- 4 268
Güclü külək insan ölümünə səbəb oldu

Neftçalada bədbəxt hadisə baş verib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Haqverdili kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 56 yaşlı Cəfər Hacıbaba oğlu Səlimov güclü küləyin aşırdığı çinarın altında qalaraq dünyasını dəyişib.