Respublika Yanıq Mərkəzi Şəmkirdə özünü yandıran 38 yaşlı qadının səhhətinə aydınlıq gətirib. Respublika Yanıq Mərkəzi Şəmkirdə özünü yandıran 38 yaşlı qadının səhhətinə aydınlıq gətirib.

Özünü yandıran qadının vəziyyəti ilə bağlı açıqlama: “Bədəninin 50 faizi yanıb”

Respublika Yanıq Mərkəzi Şəmkirdə özünü yandıran 38 yaşlı qadının səhhətinə aydınlıq gətirib.

Mərkəzdən AzNews.az-a verilən məlumata görə, Sevinc Hüseynova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib:

“Vəziyyəti çox ağırdır. Xəstə 2-3-cü dərəcəli alov yanığı diaqnozu ilə xəstəxanaya gətirilib.”

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov isə Sevinc Hüseynovanın vəziyyətinin yaxşı olduğunu qeyd edib:

“Biz yanıq xəstələrini burada saxlamırıq. Bədən səthinin 50 %-i yanıq idi. Onu burada saxlamaq olmazdı. Vəziyyətinə görə onu Bakıya Yanıq Mərkəzinə aparıldı.”

Şəmkirdə 38 yaşlı Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb.

Bahar RÜSTƏMLİ

AzNews.az