24 yaşlı oğlan söyüş üstündə bıçaqlandı - Video

Bakının Qaradağ rayonunda əlbəyaxa dava zamanı gənc oğlan bıçaqlanıb.

“Report”un xəbərinə görə, Müşfiqabad qəsəbəsində 1993-cü il təvəllüdlü Mehralıyev Mohub Maarif oğlu tanışı ilə söyüş söydüyünə görə əlbəyaxa dava edib.

Dava zamanı M.Mehralıyev bıçaqlanıb. O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. Həkimlər “Report”a yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az