Bakıda restorandan seyf oğurladılar - İçərisində 40 min manat olub

Nizami rayonu ərazisindəki restoranlardan birində oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunan Mirzə Mirzəzadə tutulublar.