6 yaşlı uşağı maşın vurdu - Bakıda

Bakının Nizami rayonunda 6 yaşlı uşağı avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə İsmayıl Məmmədov küçəsində yerləşən "Atlas" kitab evinin qarşısında baş verib.

Yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Şərifzadə Cavid Əlif oğlunu maşın vuraraq ərazidən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az