Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtomobil aşdı - Bir ailənin 3 üzvü yaralandı + Video

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 90-cı kilometrliyində qeydə alınıb. “VAZ 2107” avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində maşında olan bir ailənin 3 üzvü xəsarət alıb. Xəsarət alanlar, Bakı şəhər sakinləri - 1951-ci il təvəllüdlü İnqilab Nəcəfov, 1955-ci il təvəllüdlü Lətifə Nəcəfova və 1981-ci il təvəllüdlü Məhəmməd Nəcəfov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Fakt araşdırılır.

AzNews.az