Bakı-Şamaxı yolunda yük avtomobili aşıb, xəsarət alan var. Bakı-Şamaxı yolunda yük avtomobili aşıb, xəsarət alan var.

Yük maşını aşdı - Sürücü ağır yaralandı + Yenilənib

Bakı-Şamaxı yolunda yük avtomobili aşıb, xəsarət alan var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Acıdərə adlanan ərazidə qeydə alınıb. Biləsuvar rayon sakini, 1986-cı il təvəllüdlü Qurbanov Ramil Mirzağa oğlu 99-OU-497 dövlət nömrə nişanlı “Shacman” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Avtomobilin yük yerindəki torpaq yola dağılıb, sürücü Ramil Qurbanov ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az

image description image description image description