Göyçay şəhərində çayxanada oturan insanlar qəflətən tülkünün hücumuna məruz qalıb. Göyçay şəhərində çayxanada oturan insanlar qəflətən tülkünün hücumuna məruz qalıb.

Tülkü iki nəfəri dişlədi

Göyçay şəhərində çayxanada oturan insanlar qəflətən tülkünün hücumuna məruz qalıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Göyçay şəhərinin Heydər Əliyev prospektindəki çayxanalardan birində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə yağışlı havada qəflətən çayxanaya girən tülkü oradan çıxmaq istəməyib və masaların altında hərəkət edərək rayonun Birinci Ərəb kənd sakinləri - 1995-ci il təvəllüdlü Fuad Həşimov və 1972-ci il təvəllüdlü Taleh Məmmədovu dişləyib.

Hər iki yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və onlara quduzluğa qarşı vaksin vurulub. Hazırda müalicə olunan şəxslərin vəziyyəti normaldır.

AzNews.az