Tovuzda bədbəxt hadisə baş verib. Tovuzda bədbəxt hadisə baş verib.

42 yaşlı qadın tualet quyusuna düşdü - FHN son anda xilas etdi + Video

Tovuzda bədbəxt hadisə baş verib.

ARB 24 xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini 42 yaşlı Qurbanova Tamam Əbduləli qızı ehtiyatsızlıqdan tualetin quyusuna düşüb. Köməksiz vəziyyətdə qalan zərərçəkənin ayağı dəmir lövhəcikdə sıxılıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Qrupunun Tovuz rayon Şöbəsinin əməkdaşları cəlb olunub. 20 dəqiqəlik xilasetmə əməliyyatından sonra Tamam Qurbanova sağ-salamat normal həyatına qaytarılıb.

AzNews.az