20 yaşlı gənc çayxanada bıçaqlandı Video

Şəkidə 20 yaşlı gənc bıçaqlanıb.

ARB Şəki xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndi ərazisində fəaliyyət göstərən çayxanalardan birində baş verib. Tural Qədirov çayxanada ikən bir nəfər naməlum şəxs onu küçəyə çağırıb. Çölə çıxan zaman naməlum şəxs və ya şəxslər tərəfindən həm döyülüb, həm də bıçaqlanıb. Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Tural Qədirovun qarın nahiyəsində iki bıçaq yarası olmaqla bədənində döyülmə əlamətləri aşkar edilib. Onun üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə törədən şəxs Şəki Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az