- Köhnə - Hadisə
- 22 İyun 2017 10:02
- 3 354
64 yaşlı kişi özünü tut ağacından asdı
Lənkəranda intihar olub.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Nərimanabad kənd sakini, 1953-cü il təvəllüdlü Maqsud Həsən oğlu Əliyev yaşadığı evin həyətindəki tut ağacından özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
AzNews.az