- Köhnə - Hadisə
- 28 İyun 2017 15:50
- 3 241
Gəncədə yaşayış binasının pilləkanında meyit tapılıb

Gəncədə yaşayış binasının blokunda kişi meyiti tapılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Rövşən Göyçəyevin meyiti Dədə Qorqud yerləşən yeni yaşayış binasında aşkarlanıb.
Onun ehtiyatsızlıq nəticəsində pilləkandan yıxılaraq öldüyü ehtimal edilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.