Sumqayıt şəhərində yanğın faktı qeydə alınıb. Sumqayıt şəhərində yanğın faktı qeydə alınıb.

Sumqayıtda yanğın - 8 nəfər təxliyyə olundu

Sumqayıt şəhərində yanğın faktı qeydə alınıb.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 720 m2 olan ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.