- Köhnə - Hadisə
- 1 İyul 2017 14:07
- 2 869
Cəlilabad sakini həmkəndlisini bıçaqladı

Cəlilabad sakini həmkəndlisinə bıçaqla xəsarət yetirib.
AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, iyunun 30-da Cəlilabad rayonunun Muğan kəndində kənd sakini Əfqan Piriyev münaqişə zəminində həmkəndlisi Şirin Düniyevə bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Piriyev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırma aparılır.