Şəmkirdə 83 yaşlı kişinin intihar etməsinin bəzi təfərrüatları məlum olub. Şəmkirdə 83 yaşlı kişinin intihar etməsinin bəzi təfərrüatları məlum olub.

83 yaşlı kişinin intihar səbəbi: “Ağrılara dözə bilməyib”

Şəmkirdə 83 yaşlı kişinin intihar etməsinin bəzi təfərrüatları məlum olub.

Rayonun Qasım İsmayılov kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Mehdi Mehdiyev xərçəng xəstəliyindən əziyyət çəkirdi:

“ 83 yaşı vardı. Uzun vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ağrılara dözə bilməyib. Özü də tək idi, həyat yoldaşı da rəhmətə gedib. Elə buna görə də özünü asıb.”

Şəmkir rayonunda intihar hadisəsi baş verib. Rayonun Qasım İsmayılov kənd sakini Mehdi Tapdıq oğlu Mehdiyev özünü yaşadığı evdə asaraq intihar edib.

AzNews.az

Bahar RÜSTƏMLİ