“Niva” körpüdən aşdı - Ölən və yaralananlar var

Qusar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Qusarın Kuzun kəndində baş verib.

Belə ki, kənd ərazisində "Niva" markalı avtomobil körpüdən aşıb. Nəticədə "Niva"da olan 2 sərnişin ağır yaralanıb. Avtomobili idarə edən Qusar sakini Zahid Əzizov hadisə yerində ölüb.

Yaralılar Əbilşah Balamətov və sürücünün həyat yoldaşı Nəzifə Əzizova olub. Yaralılar dərhal Qusar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qusar hüquq mühafizə orqanlarında araşdırma aparılır.

AzNews.az