Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Emin Sərtaşın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Emin Sərtaşın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

15 min manat məbləğində dələduzluq etdi - Həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Emin Sərtaşın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək E. Sərtaş 7 il azadlıqdan məhrum edilib. E. Sərtaş məhkəmə zalında həbs edilib.

İttihama görə, E. Sərtaş tanışının Bakıda fəaliyyət göstərən tikinti şirkətlərindən birinə lisenziya alacağını vəd edərək, zərərçəkmiş şəxsə qarşı 15 min manat məbləğində dələduzluqda ittiham edilir. E. Sərtaş barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

AzNews.az