Maşın at arabasına çırpıldı, ata və oğlu yaralandı

Samuxda yol qəzası nəticəsində ata və oğlu xəsarət alıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Zazalı kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşı tərəfdən gələn avtomobilin güclü işıqlandırması nəticəsində idarəetməni itirib və yolun kənarı ilə gedən at arabasına çırpılıb.

Qəza zamanı at arabasında olan 1969-cu il təvəllüdlü Cümşüdov Ceyhun Yusup oğlu və onun övladı 2002-ci il təvəllüdlü Cümşüdov Elvin Ceyhun oğlu müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.