Şəkidə fərdi yaşayış evində yanğın olub. Şəkidə fərdi yaşayış evində yanğın olub.

Şəkidə 4 otaqlı ev yandı

Şəkidə fərdi yaşayış evində yanğın olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu gün axşam saat 18:40 radələrində rayonun Şorsu kəndində, kənd sakini Əlövsət Yaqub oğlu Yaqubova məxsus, ümumi sahəsi 104 kv/m olam birmərtəbəli 4 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü bütövlüklə, yaşayış sahəsinin 88 kv/m-lik hissəsi ev əşyaları ilə birlikdə yanıb. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.