Bakıda “Range Rover”in “KamAZ”la toqquşması nəticəsində Yol Polisi İdarəsinin şöbə rəisi yaralanıb. Bakıda “Range Rover”in “KamAZ”la toqquşması nəticəsində Yol Polisi İdarəsinin şöbə rəisi yaralanıb.

Bakıda ağır yol qəzası baş verdi – Yol Polisi rəisi xəsarət aldı (Video)

Bakıda “Range Rover”in “KamAZ”la toqquşması nəticəsində Yol Polisi İdarəsinin şöbə rəisi yaralanıb.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, hadisə aeroport yolunda baş verib.

“Range Rover” markalı avtomobil yoldakı dəmir arakəsmələri yuyan “Azəravtoyol” ASC-yə məxsus “KamAZ” markalı texniki xidmət maşınına arxadan çırpılıb. FHN xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Xəsarət alan sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin texniki təminat üzrə şöbə rəisi 31 yaşlı kapitan Hüseynov Cabir Firdovsi oğludur.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az