Bakı Metrosunun 1566 saylı vaqonu yarasız hala düşüb. Bakı Metrosunun 1566 saylı vaqonu yarasız hala düşüb.

"Qarabağ" azarkeşləri vaqonu yararsız hala saldılar - FOTO

Bakı Metrosunun 1566 saylı vaqonu yarasız hala düşüb.

Bu barədə AzNews.az-a “Bakı Metropoliteni” QSC-ın mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O, sözügedən vaqonun yararsız vəziyyətə düşməsinə görə, “Qarabağ” azarkeşləni günahlandırıb:

“Dünən bu vaqon Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edirdi. Əsas vəzifəsi sərnişin, insan daşımaq idi. Amma "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya minən bəzi "insanlar" ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan, büdcə vəsaiti hesabına alınan vaqonu bu vəziyyətə salıblar”.

Nəsimi Paşayev qeyd edib ki, “Qarabağ” azarkeşləri əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər.

Bahar RÜSTƏMLİ

AzNews.az