Şəkidə bələdiyyə sədrinin intihar etməsinin səbəbləri məlum olub. Şəkidə bələdiyyə sədrinin intihar etməsinin səbəbləri məlum olub.

İntihar edən məmur barədə təfərrüatlar - Banka borcu olub

Şəkidə bələdiyyə sədrinin intihar etməsinin səbəbləri məlum olub.

Rayonun Qoxmuq kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, bədiyyə sədri Fətəli Rüstəmovun banka borcu olub:

“Fətəli Rüstəmovun səhhətində heç bir problem olmayıb, tam sağlam insan olub. Gözəl ailəsi, iki oğlu var. Sentyabr ayında böyük oğluna toy edəcəkdi. Hazırda da toya hazırlaşırdılar. Özü də hörmətli şəxs idi. Amma nəsib olmadı. Dünən ailə üzvləri izahat verib. Onlar izahatında Fətəli Rüstəmovun banka kredit borcu olduğunu bildiriblər. Bundan əlavə isə onun başqa şəxslərə də borcu olduğu deyilir”.

Şəkidə intihar hadisəsi baş verib. Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az