- Köhnə - Hadisə
- 15 İyul 2017 09:14
- 3 347
Lənkəranda avtomobil piyadanı vurub

Lənkəranın “Mikrorayon” deyilən ərazsində piyadanın vurulması ilə nəticələnən avtonəqliyyat qəzası baş verib.
AzNews.az “APA”ya istinadən xəbər verir ki, avtomobil yolu keçmək istəyən
qadını vurub.
O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin orta-ağır olduğu deyilir.
Xəsarət alan şəxsin hələlik kimliyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az