- Köhnə - Hadisə
- 23 İyul 2017 20:15
- 2 698
Bərdədə bir nəfər Kürdə batıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlanılıb.
Əlavə məlumat veriləcək.