30 yaşlı gəncin intiharının təfərrüatları - “O qadın da Muradın...”

Ağdaş rayonunda 30 yaşlı gəncin intiharının bəzi təfərrüatları məlum olub.

Rayonun Xosrov kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Murad Əzizov uşaq vaxtlarında anasını itirib:

“Onlar iki qardaşdır. Anaları uşaq ikən dünyasını dəyişib. Ataları isə yenidən evlənib. Amma, aradan bir az keçəndən sonra, o qadın da Muradın atasından ayrıldı. Həmin vaxtdan bu günə kimi ata və iki oğul baş-başa verib dolanırdılar. İki qardaş ticarətlə məşğul olurdular. Meyvə-tərəvəz satır, kiminsə ümidinə qalmırdılar. Murad özü də yaxşı, nümunəvi şagird olub. Yetim olduğundan ərköyün idi. Onun bu hərəkəti bütün kəndi şoka salıb. Yəni, Murad niyə özünü öldürsün?. İnana bilmirik”.

Kənd sakinləri deyir ki, Murad Əzizov hətta, bir müddət xəstə yatıb:

“Müalicə olunandan sonra yenidən ayağa qalxıb, işləməyə başladı”.

Ağdaş Rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Xosrov kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Əzizov Murad Yamən oğlu yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib.

Bahar RÜSTƏMLİ

AzNews.az