Lerikdə broyler fabriki niyə partladı? - Ölən və yaralananlar var + Yenilənib

Lerik rayonunda broyler fabrikində baş verən partlayışın ilkin səbəbi məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işlilərə dəyib.

Nəticədə üç işçi xəsarət alıb. Onlardan biri hadisə yerində ölüb, digər iki nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində dağıntı olmadığı bildirilir.

***

13:54

Lerik rayonunda broyler fabrikində partlayış olub.

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib.

Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.