Qusar rayonu, Köhnə Xudat kəndində göldə batan şəxsin kimliyi məlum olub. Qusar rayonu, Köhnə Xudat kəndində göldə batan şəxsin kimliyi məlum olub.

Göldə boğulan şəxsin kimliyi məlum oldu - Yenilənib

Qusar rayonu, Köhnə Xudat kəndində göldə batan şəxsin kimliyi məlum olub.

Qusar rayonu, Köhnə Xudat kəndində göldə batan 2002-ci il təvəllüdlü Abbasov Abdulla Mehdi oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:50-də başa çatıb.

***

14:05

Qusar rayonunda uşaq göldə boğulub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Köhnə Xudat kəndində baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Göldə boğulan uşağın şəxsiyyəti hələlik müəyyən edilməyib.

AzNews.az