Balakən rayonunda iki piyadanı maşın vurub. Balakən rayonunda iki piyadanı maşın vurub.

2 nəfəri maşın vurdu

Balakən rayonunda iki piyadanı maşın vurub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə iyulun 28-də axşam saat 22:00 radələrində rayonun Kortala avtomobil yolunda baş verib.

1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Xanəli Zamil oğlu Qurbanov idarə etdiyi “VAZ 21074” markalı, 90 BU 913 dövlət nömrə nişanlı minik avtomobili ilə yolun kənarında hərəkətdə olan piyadalar - rayonun Kortala kənd sakinləri, 1993-cü il Fərhad Nəbi oğlu Eminovu və 1994-cü il təvəllüdlü Elnur Sərdar oğlu Şibliyevi vurub. Xəsarət alan piyadalar Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar.

Balakən MRX-dan verilən məlumata görə, yaralılardan Fərhad Eminov qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Elnur Şibliyevin vəziyyəti yüngül olduğundan lazımi tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az