- Köhnə - Hadisə
- 18 Fevral 2013 15:38
- 3 416
Ucarda avtomobil kanala düşüb, xəsarət alan var

Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Məmmədov Nazim Vəli oğlu idarə etdiyi 10 FL 698 dövlət nömrə nişanlı "VAZ 2104" markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yaxınlıqdakı suvarma arxına düşən maşın tamamilə yararsız hala düşüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.
AzNews.az