Fevralın 19-da Neftçala rayonunda intihar hadisəsi baş verib. Fevralın 19-da Neftçala rayonunda intihar hadisəsi baş verib.

Ata 19 yaşlı qızının meyitini tapdı-FACİƏ

Fevralın 19-da Neftçala rayonunda intihar hadisəsi baş verib.


Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1994-cü ildə Hacıqabul rayonunun Rəncbər kəndində anadan olmuş Abdullayeva Aminə Nadir qızı özünü Neftçala rayonunun Mirzəqurbanlı kəndi yaxınlığındakı heyvandarlıq obasında asıb. 19 yaşlı qız heyvandarlıq fermasının tövləsində özünü asaraq intihar edib. Onun meyitini atası aşkarlayıb.

Məlumata görə, intihar etmiş A.Abdullayeva ruhi-əsəb xəstəsi olub. Atasının bildirdiyinə görə, qızı bir neçə dəfə bu xəstəlikdən müalicə də olunub.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

AzNews.az