Biləsuvar rayonunda 3 uşaq anasının intiharının bəzi təfərrüatları məlum olub. Biləsuvar rayonunda 3 uşaq anasının intiharının bəzi təfərrüatları məlum olub.

3 uşaq anasının intiharının bəzi təfərrüatları: “İşsiz idi...”

Biləsuvar rayonunda 3 uşaq anasının intiharının bəzi təfərrüatları məlum olub.

Rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Safura Əzimovanı intihara aparan səbəb ailə münaqişəsi olub:

“Gözəl bir ailəsi var. Uşaqları müxtəlif yaşlardadır. Sakit, təmkinli, heç kəslə işi olmayan ailə idi. Səhhətində problem də olmayıb. Safura heç bir yerdə işləmirdi. Amma həyat yoldaşı Mirzəli Əzimov rayon kitabxanasında işləyir”.

Qeyd edək ki, Biləsuvarda intihar hadisəsi baş verib. 53 yaşlı 3 uşaq anası Safura Əzimova həyətyanı sahəsindəki üzüm ağacından özünü asaraq intihar edib.

Bahar RÜSTƏMLİ

AzNews.az