Bakının mərkəzində gözəllik salonu yandı

Bakıda yanğın baş verib.

AzNews.az xəbər verir ki, hadisə şahidlərinin ölkə.az-a verdiyi məlumata görə, “28 Mall” ticarət mərkəzinin yaxınlığındakı “Bella -2” adlı gözəllik salonunda yanğın baş verib.

Yanğın geniş yayıldığından böyük hissənin yararsız hala düşdüyü bildirilir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

İlkin məlumata görə, hadisənin qısaqapanmadan olduğu bildirilir.