Bakıda yol nəqliyyat hadisəsi baş verib Bakıda yol nəqliyyat hadisəsi baş verib

Hövsan yolunda ağır qəza - Avtobus piyadanı vurdu

Bakıda yol nəqliyyat hadisəsi baş verib

A24.az xəbər verir ki, 132 saylı marşurut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən avtobus yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar, faktla bağlı cinayət işi açılıb.

Xatırladaq ki, bu hadisə Hövsan yolunda baş verən ilk yol qəzası deyil.

AzNews.az