İki uşaq anası niyə intihar etdi? - “Ərindən ayrılandan sonra...”

Səmkirdə sevdiyi oğlanın qardaşı tərəfindən qətlə yetirilməsinə dözə bilməyən iki uşaq anasının intiharının bəzi təfərrüatı məlum olub.

Zəyəm qəsəbə sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Ayşən Xəlilova qardaşı tərəfindən qətlə yetirilən Tural Məmmədovla bir-birilərini sevirmiş:

“Ayşən bir neçə il bundan əvvəl ailə həyatı qurub. İki uşaq anasıdır. Sonra elə oldu ki, ailəsi ilə yola getmədi. Uzun söz-söhbətdən sonra cütlüyün yolları ayrıldı. Ayşən həyat yoldaşından ayrılandan sonra atasının himayəsində yaşayırdı. Kənddə söz gəzirdi ki, onlar Turalla bir-birini sevir. Ayşənin qardaşı onları görüb və buna görə Turalla aralarında münaqişə düşüb. Münaqişə zamanı Ayşənin qardaşı Turalı bıçaqla ürəyindən vuraraq öldürüb. Görün necə bir cəmiyyətdə yaşayırıq, qadınlar sevgidən, kişidən ötrü intihar edir. İki balasını da düşünmədi. Ayşən səhv elədi. İntihar məsələnin çıxış yolu deyildi, ölənlə ölmək olmaz, yaşamaq lazımdır. İki övladı qaldı”.

Qeyd edək ki, Şəmkirdə intihar hadisəsi baş verib. Rayonun Zəyəm qəsəbə sakini, 1996-cı il təvəllüdlü Ayşən Azər qızı Xəlilova yaşadığı evdə özünü asıb.

A.Xəlilova intihar etməzdən əvvəl məktub yazıb. O, məktubda ölümündə heç kimin günahkar olmadığını və qardaşı tərəfindən sevdiyi oğlanın qətlə yetirilməsinə dözə bilmədiyi üçün canına qəsd edib.

Qeyd edək ki, oktyabrın 20-də Şəmkir rayonu, Zəyəm qəsəbə sakini, 17 yaşlı Həsrət Xəlilov həmkəndlisi, 28 yaşlı Tural Məmmədovu bıçaqlayaraq qətlə yetirib.

Bahar RÜSTƏMLİ
AzNews.az