Elşad Abdullayevə cavab: onun universiteti sökülür

Elşad Abdullayevin qardaşı Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayevin oğurlanması ilə bağlı yaydığı növbəti videonun anonsundan dərhal sonra Azərbaycan Beynəlxalq Universiteti (ABU) sökülməyə başlayıb.

Söküntü işlərini Bakı Metropoliteninin fəhlələri həyata keçirib.

ABU-nun sabiq rektoru, Elşad Abdullayevin nümayəndəsi, Azad Mursəliyev "Bizim Yol" qəzetinə açıqlamasında universitetin sökülməsini növbəti qanunsuzluq adlandırıb: "Universitetin ərazisi və orada olan bütün tikililər sənədlə özəl mülkiyyətdir. Hər hansı bir şəxsin yaxud dövlət qurumlarının ABU-ya müdaxiləsi, özbaşına söküntü işlərinin aparılması qanunsuzdur. Bütün bunlar Elşad Abdullayevin sonuncu video anonsundan sonra ona cavab və təzyiq üçün edilir". A.Mürsəliyev hazırda universitetin tələbə yeməkxanasının tamam söküldüyünü vurğulayıb.

AzNews.az