Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

Sumqayıtda dəhşətli qəza - Ölənlərin adları

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Lent.az-ın məlumatına görə isə, Bakı-Quba-Rusiya sərhədi yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"də ölən şəxslərin 1955-ci il təvəllüdlü Məmmədov Xanlar Alı oğlu, 1976-cı il təvəllüdlü Cəfərov Rəşid İslam oğlu və Novruzov Azad Novruz oğlu olması məlum olub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Kərimov Əmrah Nəriman oğlu isə ağır xəsarət alıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi açılıb, araşdırma aparılır