Göygöl rayonunda yol qəzası baş verib. Göygöl rayonunda yol qəzası baş verib.

Göygöldə qəza - yaralanan var

Göygöl rayonunda yol qəzası baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Üçtəpə kəndində qeydə alınıb.

Rayon sakini, 1986-cı il təvəllüdlü Süleymanov Qamət Məzahir oğlunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “BMW”-yə çırpılıb.

Qəza nəticəsində xəsarət alan Q.Süleymanov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.