52 yaşlı kişinin intihar təfərrüatı: “Meyiti götürəndə gördük ki...”

Xaçmaz rayonunda 52 yaşlı kişinin intiharının təfərrüatı məlum olub.

Ləcət kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Xanlar Bağırovun səhhətində heç bir problemi olmayıb:

“Ailəsi, uşaqları var. Kasıb adam idi, güclə dolanırdı. Heç yerdə işləmirdi. Üstəlik, hər hansı bir iş qabiliyyəti də yox idi, bacarmırdı. Buna görə də son vaxtlar həddən artıq içirdi. Səhər tezdən qoyunu örüşə buraxanda girib tövləyə, özünü asıb. Qonşular görəndə ki Xanlar yoxdur, səsləyiblər. Həyat yoldaşı onu axtaranda qoyun tövləsindən asılı vəziyyətdə tapıb. Meyitini ekspertizaya götürəndə gördük ki, corablarında bir dənə də olsun deşik, yamaq yoxdur. Deməli, Xanlara ailəsi yaxşı baxırmış”.

Xatırladaq ki, Xaçmaz rayonunda intihar faktı qeydə alınıb. Rayonun Ləcət kənd sakini, 1959-cu il təvəllüdlü Bağırov Xanlar Əli oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asaraq öldürüb.

Bahar RÜSTƏMLİ
AzNews.az