Yevlax rayonunda avtomobil qəzası zamanı ağır yaralanan sürücü və sərnişinin şəxsiyyətləri məlum olub. Yevlax rayonunda avtomobil qəzası zamanı ağır yaralanan sürücü və sərnişinin şəxsiyyətləri məlum olub.

Yevlaxda sərxoş sürücü maneəyə çırpılıb

Yevlax rayonunda avtomobil qəzası zamanı ağır yaralanan sürücü və sərnişinin şəxsiyyətləri məlum olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, yaralılar Yevlax şəhər sakinləri - sürücü, 1989-cu il təvəllüdlü Rəşad Əlibaba oğlu Ağayev və onun sərnişini, 1981-ci il təvəllüdlü Əsgər Vuqar oğlu Bağırovdur. Müayinə zamanı hər iki yaralının sərxoş olduqları məlum olub. Hazırda onların vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Yol kənarındakı maneəyə çırpılan avtomobil isə tamamilə yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.