- Köhnə - Hadisə
- 8 Yanvar 2018 10:29
- 4 067
Azərbaycandan gedən avtobus Gürcüstanda tamamilə yandı
Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb.
Trend-in məlumatına görə, bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb.
Avtobusda 50 sərnişin - müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.
Bazar ertəsinə keçən gecə baş vermiş hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.
Nəqliyyat vasitəsi tamamilə yanıb.
Fakt araşdırılır.
AzNews.az