- Köhnə - Hadisə
- 9 Yanvar 2018 09:06
- 6 460
Bakıda bıçaqlanma
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1986-ci il təvəllüdlü Musayev Fuad Nizami oğlu Mircəlal küçəsi 109 ünvanında yerləşən binanın həyətyanı sahəsində tanışı ilə mübahisə edib.
Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
AzNews.az