- Köhnə - Hadisə
- 9 Yanvar 2018 11:53
- 4 411
Bakıda avtobus piyadanı vurdu
Bakının Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.
DİN-dən AzNews.az-a verilən məlumata görə, yanvarın 8-də saat 7:00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi “Daewoo” markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Sabir Bədəlovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.