“Elit” Ticarət Mərkəzində yanğın

"Elit" Ticarət Mərkəzində yanğın başlayıb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.

Yanğının söndürülməsi üçün əraziyə 5 yanğınsöndürən maşın göndərilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Ticarət Mərkəzində quraşdırılmış mobil stansiyada qeydə alınıb. Stansiyanın naqillərində meydana gələn yanğın qısa zamanda söndürülüb.