“Mercedes” piyadanı vurdu

Bakıda ölümlə nəticələnən qəza olub.

Daxili İşlər Nazirliyindən AzNews.az- verilən məlumata görə, yanvarın 10-da saat 20 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Tərlan Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Elçin Məmmədovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nəsimi RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.